Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müharibə iştirakçılarının gözlədiyi qərar nə vaxt veriləcək? - VİDEO

RegionTV.info 
Vətən müharibəsi iştirakçılarının səbrsizliklə gözlədiyi, onların dövlət tərəfindən qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.
Sözsüz ki, müharibə iştirakçılarının böyük bir hissəsini əhatə edən “Müharibə veteranı” adının verilməsi də diqqət mərkəzindədir. 
Bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun qərarına əsasən, yaradılan komissiya da elə məhz bu statusun verilməsi ilə məşğul olacaq. 
Komissiyaya müharibə iştirakçılarının siyahısını müəyyən etmək və təkliflərini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. 
Ekspertlərin fikrincə, bu gün kimlərəsə veteran adının verilməsi və ya medallarla təltif edilməsində ləngimələr ola bilər.
Əslində bu, ləngimə deyil, normal prosesdir. İşin həcmi nəzərə alınmalıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də