Vilayət Eyvazov bu şəhərə rəis təyin etdi
Tarix: 4-02-2021, 18:58 Xəbərə baxış: 139
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni rəis təyin edib. RegionTV.info-nun verdiyi məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Knyaz Həsənov Gəncə təyin olunub.
K.Həsənov buna kimi Şabran rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində işləyib.