
RegionTV.info-nun verdiyi məlumata görə, hadisə M.Hacıyev küçəsində baş verib.
Şəhər sakini, 1979-cu il təvəllüdlü Verdiyeva Ceyhunə Ələddin qızı qonşusu tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə Gəncədə xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib. Hazırda qadının vəziyyəti orta-ağırdır.
Faktla bağlı polisə məlumat verilib, qonşusunu bıçaqlayan şəxsin axtarışları başlayıb.