
RegionTV.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Nazirliyin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayım zamanı danışıb.
Nazirlik rəsmisi əlavə edib ki, son dörd gündə məktəblərdə çox az sayda yoluxma qeydə alınıb: "Yoluxma səbəbindən hər hansı təhsil müəssisəsində siniflərin bağlanması ilə bağlı hal qeydə alınmayıb".