

RegionTV.info xarici mətbuata istinadən xəbər verir ki, şirkət Bezosun bu barədə yazdığı məktubu dərc edib.
Məlumata əsasən, 2021-ci ilin üçüncü kvartalında hazırda "Amazon Web Services"in rəhbəri olan Endi Cessi həmin vəzifəni tutacaq. Bezos isə yeni məhsulların hazırlanmasıyla məşğul olacaq və direktorlar şurasına rəhbərlik edəcək.

Xatırladaq ki, Ceff Bezos Amazon.com internet-mağazasını 1994-cü ildə yaradıb. İlk öncə sayt kitab satışıyla məşğul olsa da, tezliklə satılan malların növləri artıb. Mühəndislik üzrə təhsil alan Bezos parallel olaraq aerokosmik şirkət yaradıb. 2013-cü ildə sahibkar ABŞ-ın "The Washington Post" nəşriyyat evini alıb və artıq 2017-ci ildə dünyanın ən varlı adamına çevrilib. Hazırda onun sərvəti 196,6 milyard dollardır.

