Ermənistanda koronavirusdan ölənlərin sayı 3107 nəfərə çatıb
Tarix: 4-02-2021, 12:50Xəbərə baxış: 151
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 147 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb. RegionTV.info bildirir ki, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 167 568 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3107 nəfərə çatıb. Ermənistanda 159 045 nəfər xəstəlikdən sağalıb.