Xəbər verdiyimiz kimi fevralın 15-dən universitetlərdə və yuxarı siniflərdə ənənəvi təhsil bərpa edilir. Bundan əlavə fevralın 15-dən baxçalar da açılır. Ali məktəblərdə ənənəvi dərslərin bərpa edilməsi nəqliyyatda sıxlığın artmasına da səbəb olacaq. Bu gün səsləndirilən iddialardan biri də ali məktəblərə görə fevralın 15-dən Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini bərpa edəcəyidir. Belə ki, fevralın 15-dən Bakı Beynəlxalq Avtovağzalı fəaliyyətini bərpa edir?
RegionTV.info xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu barədə rəsmi qərar və məlumat yoxdur:
"Əgər rəsmi qərar olarsa, qabaqcadan tərəfimizdən məlumat veriləcək. Ümumiyyətlə, bu barədə qərarı biz deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Hələlik bu barədə rəsmi heç bir məlumat yoxdur".
Xəbəri paylaş