
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Şəki regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.