Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sumqayıtda kütləvi davanın iştirakçılarının məhkəməsi başladı

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Fərid Əzizli, onunla birlikdə xuliqanlıqda ittiham olunan Kərim Şükürov və Əziz Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
RegionTV.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 16-na təyin olunub.
İttihama görə, ötən ilin iyulun 19-da saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Ramid Sevindikzadənin öldürülməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla 2003-cü il təvəllüdlü Fərid Əzizlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərid Əzizli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də