
RegionTV.info bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda stasionar və təcili yardım xidmətləri üzrə bütün dərmanlarla təchizat təmin edilir: "Ambulator yardım üzrə isə ilk ildə dərman təminatı nəzərdə tutulmayıb. Amma daha sonra dərman təminatının da xidmətlər zərfinə əlavə edilməsi planlaşdırılır".