Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xızı sakinindən narkotiklə tutuldu

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini A.Sadıqov qəsəbə ərazisində saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, A.Sadıqovdan sellofan torbada təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Sadıqov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də