Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcərli məcburi köçkünlərin su problemi qısa vaxt ərzində həll olundu. FOTO

Kəlbəcərli məcburi köçkünlərin su problemi qısa vaxt ərzində öz  həllini tapdı. 
         Gəncə şəhəri, Kəpəz rayonunda  yerləşən Asvalt zavodun köhnə binasında müvəqqəti məskunlaşan 17 kəlbəcərli məcburi köçkün ailəsi içməli su problem ilə əlaqədar rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciət əsasında rayon başçısı dərhal mövcud problemin aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıq vermiş və həmin əraziyə 500 m məsafədən 32-lik boru vasitəsi ilə içməli su xətti cəkilərək   məcburi  köçkünlərin istifadəsinə verilmişdir. 
        İşlərin gedişi ilə maraqlanan Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev adı çəkilən ərazidə məskunlaşmış məcburi köçkünlərlə görüşərək bildirmişdir ki, Möhtərəm Cənab Prezident çıxışlarında hər bir məmura xalqın xidmətçisi olmasını və onları narahat edən problemlərin həllinə çalışmalı olduqlarını vurğulamışdır. Rayon başçısı onu da qeyd etmişdir ki, Cənab Prezidentin səsləndirdiyi “Xalq sizin işinizdən razıdırsa məndə sizdən razı olacam” fikrinə  əsaslanaraq,  bundan sonrada çalışacağıq ki, rayon əhalisinin yanında olub onları narahat edən problemlərin həllinə birgə çalışaq.
        Məcburi köçkünlərdə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirmişlər.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də