
RegionTV.info xəbər verir ki, ölkədə pandemiya ilə əlaqədar aparılan tədbirlər nəticəsində 224 min 168 nəfər COVID-19 virusundan sağalıb.
Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 2 426 945 test icra olunub.
Hazırda aktiv xəstələrin sayı isə 3304 nəfər təşkil edir.
Qeyd edək ki, dünyada bəlaya çevrilən COVID-19 virusu, əfsuslar olsun ki, Azərbaycanda bu günə kimi 3145 nəfərin həyatına son qoyub.
Ölkədə koronavirusa yoluxma halları daha çox 2020-ci il 7-13 dekabr tarixində qeydə alınıb. Ən çox yoluxma Bakı (52,2%) və Abşeronun (12,9%) üzərinə düşür. Ən çox yoluxanların yaş bölgüsünə görə 50-59 yaş 21 faizlə üstünlük təşkil edir. Ölkə üzrə yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir.



