Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bundan sonra daha diqqətli olmalıyıq” - Brilliant qalmaqallı toydan danışdı


Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinə karantin müddətində toy mərasimi keçirməsi ölkə gündəmini zəbt edib. 

Mövzu ilə bağlı  danışan Xalq artisti Brilliant Dadaşova hər bir vətəndaşı karantin qaydalarına əməl etməyə səsləyib:
“Könül istərdi ki, belə insindent heç yaşanmayaydı. Əlbəttə ki, bu çətin situasiyada hamımız ölkə başçımıza dəstək olmalıyıq. Hamımız bir nəfər kimi çalışmalıyıq ki, verilən qərarlara riayət edək. Demək ki, bundan sonra daha da diqqətli olmalıyıq. Cənab Prezidentimizin istəyi dünyanı sarsan bu bəladan ölkəmizi  qorumaqdır. Bizim də vətəndaş borcumuz hər bir fərd kimi yalnız məsuliyyəti unutmamaqdır”. 
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.  

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də