Mingəçevirdən olan şəhid Məmmədli Məhəmməd Murad oğlunun Mingəçevir Mərkəzi Xəstəxanasında övladı dünyaya gəlib.
RegionTV.info xəbər verir ki, Məmmədli Məhəmməd 44 günlük Vətən Müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimizin Fatimə adlı ilk qız övladı dünyaya gəlib. Həkimlər uşağın və anasının vəziyyətinin kafi olduğu bildirilib.
Şəhid övladı xəstəxanadan evinə böyük coşğu ilə yola salınıb.
Xəbəri paylaş