
RegionTV.info-nun məlumatına görə qəza yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü Quliyev Rizvan Ramil oğlunu “NİVA” markalı avtomobil vurub.
17 yaşlı piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.