Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək

ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək
ABŞ Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinə cavab vermək üçün əlavə 1,47 milyon dollar yardım edəcək.
ABŞ səfirliyindən  verilən məlumata görə, ABŞ hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Dövlət Departamenti vasitəsi ilə Azərbaycana COVİD-19 pandemiyasının təsirlərinə cavab verməsi üçün əlavə 1,47 milyon dollar yardım edəcək.
Azərbaycan hökümətinə məsləhət xidmətləri və kiçik və orta kənd təsərrüfatı və aqroturizm müəssisələrinə pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlmək məqsədilə texniki yardım göstərmək üçün USAID-in Şəxsi Sektor Fəaliyyətinə əlavə 1 milyon dollar ayrılacaqdır.
Ayrıca, Dövlət Departamentinin ayırdığı məbləğin 471 000 ABŞ dolları, pandemiyadan əziyyət çəkən miqrantlar üçün sığınacaq, qida və tibbi və sosial xidmətlərdən istifadə təmin edəcəkdir.
ABŞ səfiri Li Litzenberger qeyd etdi ki: “COVID-19 pandemiyası və onun yayılmasına nəzarət səyləri ABŞ-da, Azərbaycanda və dünyada kiçik və orta biznes üçün çətinliklər yaratdı. Amerika xalqının verdiyi bu əlavə maliyyə vəsaiti Azərbaycanda kiçik və orta biznes sahiblərinə və onların işçilərinə böhrandan çıxmaqda və uğur qazanmaqda kömək edəcəkdir. Biz Azərbaycan xalqının bilməsini istəyirik ki, COVID-19 böhranı boyunca və onun təsirlərindən qurtarana qədər biz onların yanında olacayıq”.
Amerika Birləşmiş Ştatları, COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 5 milyon dollardan çox vəsait ayırmşdır. Bu vəsaitlər ölkə daxilində 3 600-dən çox ehtiyacı olan şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına; virusun yayılmasının qarşısını almaq və ona cavab verə bilmək üçün lazımi addımlar barədə insanların maarifləndirilməsinə; və yerli xəstəxanaların işinin yaxşılaşdırılmasında kömək etmək üçün Türkiyədən 19 həkimi məsləhətçi olaraq ölkəyə gətirən uğurlu REACT-C19 layihəsinə ayrılmışdır. Birləşmiş Ştatlar Azərbaycanda COVID-19 pandemiyasına cavab tədbirləri üçün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BMT Uşaq Fonduna (UNİCEF) maliyyə vəsaiti ayırıb.
COVID-19 virusunun yayılmasından bu yana ABŞ bütün dünyada pandemiya ilə mübarizəyə xüsusi olaraq 20,5 milyard dollar yardım etmişdir.
USAİD-in COVID-19 pandemiyasına cavab tədbirləri barədə daha çox məlumat əldə etmək üçün https://www.usaid.gov/coronavirus-covid-19 keçidindən istifadə edin.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də