Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Məşhur futbolçu öldü- FOTO

İranın tanınmış futbolçusu Əli Ənsarian yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. 
RegionTV.info-nun  APA-nın Tehran bürosuna istinadən xəbərinə görə, Ə. Ənsarian İranda koronavirusdan vəfat edən ikinci tanınmış futbolçudur. 
Qeyd edək ki, Əli Ənsarian uzun müddət Tehranın “Persepolis” klubunda çıxış edib. O, bir neçə gün öncə ağır vəziyyətdə Tehranda yerləşən klinikalardan birinə yerləşdirilib.  
Xatırladaq ki, ötən həftə İranın futbol üzrə yığmasının sabiq üzvü Mehrdad Minavənd də COVID-19-dan vəfat edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də