Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksaya təbrik məktubu ünvanlayıb.
RegionTV.info-nun məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, Qoşulmama Hərəkatı daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımız davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".
Xəbəri paylaş