Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıdakı dumanın səbəbi - VİDEO

Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilir.
RegionTV.info xəbər verir ki, bu barədərə BAKU.TV süjet hazırlayıb.
Süjetdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev BAKU.TV-yə açıqlamasında dumanın səbəbləri barədə danışıb:
“Müşahidə edilən dumanlı hava şəraiti sinoptik şəraitlə əlaqədardır. Belə ki, yer səthində zəif şərq küləyinin üstünlük təşkil etməsi, hündürlüklə yer səthi arasında temperatur fərqi nəticəsində inversiya yaranıb. Bu səbəbdən də dünəndən etibarən dumanlı hava şəraiti müşahidə olunmaqdadır.
Dumanlı hava şəraiti gün ərzində, eləcə də ayın 4-də gecə və səhər saatlarında arabir davam edəcək. Ayın 5-də gündüz saatlarında şimal-qərb küləyinin arabir güclənməsi ilə dumanın çəkilməsi gözlənilir”, - deyə Asif Verdiyev bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də