Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ən çox satılan smartfonlar açıqlandı

2021-ci ilin yanvar ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.
RegionTV.info​​​​ xəbər verir ki,"Global Stats" statistika mərkəzinin verdiyi məlumatda deyilir:
Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı ötən ilin dekabrı ilə müqayisədə 0,77 faiz artaraq 45,48 faiz təşkil edib.
İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,53 faiz artaraq 31,45 faiz olub.
"Apple" smartfonlarının payı isə dekabrla müqayəsədə 0,71 faiz artıb və 14,72 faizə bərabər olub.
Azərbaycanın mobil qurğular bazarında "Huawei"in payı 5,19 faiz, LG-nin payı 0,57 faiz, "Lenovo"nun payı isə 0,5 faiz təşkil edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də