Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Burun əməliyyatından sonra daxili orqanları çürüyən Leyla ÖLDÜ - FOTO

Türkiyədə burun əməliyyatı etdirən birinci kurs tələbəsi dünyasını dəyişib.
RegionTV.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2019-cu ildə b
urnundan əməliyyat olunan Leyla Sönməzin vəfat etməzdən öncə göndərdiyi səs yazısı ortaya çıxıb.
Belə ki, Leyla Sönməz burun əməliyyatından sonra qan qusmağa başlayıb. Bundan əlavə, gənc qızda şiddətli qarın ağrıları da müşahidə olunub.
Leylanın ailəsi qorxuya düşərək həkimə və tibb bacılarına xəbər veriblər.
Qızın yaxınlarının mətbuata verdikləri açıqlamada həkimləri günahlandırırlar:
"Həkimlər bizi arxayın elədi ki, qızımızın səhhətində baş verənlər normaldır. Lakin onun ağrıları gün-gündən artır və o, qan qusurdu".
Əməliyyatdan sonra vəziyyəti ağırlaşan gənc qız başqa xəstəxanaya köçürülüb. Bir dəfə ürəyi dayanan Leyla Sönməzin həyatını həkimlərin müdaxiləsindən sonra xilas etmək mümkün olub.
Lakin daxili orqanları cürüyən qız bir müddət reanimasiyada saxlandıqdan sonra dünyasını dəyişib.
Onun telefonunda yaxınlarına göndərdiyi səs yazısı hər kəsi duyğulandırıb. Leyla göndərdiyi səs yazısında əməliyyatdan sonra ağrılarına görə yata bilmədiyini, burnundan, ağzından qan gəldiyini və huşunu itirdiyi söyləyib.
Burun əməliyyatından sonra daxili orqanları çürüyən Leyla ÖLDÜ - FOTO
Burun əməliyyatından sonra daxili orqanları çürüyən Leyla ÖLDÜ - FOTO

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də