Çin kasıb ölkələr üçün 10 milyon doza vaksin verəcək
Tarix: 3-02-2021, 17:01Xəbərə baxış: 138
Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX beynəlxalq mexanizminə 10 milyon doza koronavirus vaksini təqdim edəcək. RegionTV.info bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib. O bildirib ki, vaksinlər ÜST-ün müraciəti əsasında təqdim olunacaq. Vaksinlərin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələr arasında paylanacaq.