
RegionTV.info xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Y.Müslümov yayılan məlumatları təkzib edib.
O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdi, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.