
RegionTV.info-nun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə onun yerinə polis polkovnik-leytenantı Turab Paşayev təyin edilib.
Qeyd edək ki, T.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınan, sabiq polis rəisi Şahmar Paşayevin oğludur.
T.Paşayev bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışırdı.