RegionTV.info-nun əldə etdiyi məlumata görə, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini İlhamə Abdullayeva da bir neçə gündür işə çıxmır. Bildirilir ki, təhsil sistemində daha çox Məhəbbət Vəliyevanın kadrı kimi tanınan İlhamə Abdullayevaya tezliklə postuyla vidalaşacağı barədə xəbərdarlıq edilib.
Bu arada qeyd edək ki, idarənin rəsmi saytının "rəhbərlik" bölməsindən də İlhamə Abdullayevanın adı çıxarılıb.
Əldə etdiyimiz digər məlumata görə, İlhamə Abdullayeva paralel olaraq Bakı şəhərindəki rayonlardan birinin icra başçısı olan dostu tərəfindən himayə edilir. Güman olunur ki, İlhamə Abdullayeva təhsil sistemiylə tam vidalaşdıqdan sonra icra hakimiyyətində işlə təmin olunacaq.