Daxili İşlər Nazirliyi (DİN) 2021-ci il fevral ayının 2-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı yayıb.
RegionTV.info xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 41 cinayətin açılması təmin olunub.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Xəbəri paylaş