
RegionTV.info xəbər verir ki, Bunu onun həyat yoldaşı Güllü Hüseynova deyib.
O qeyd edib ki, Xalq artistinin səhhəti normaldır:
"Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.
G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Xatırladaq ki, səhhətində problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə R.Hüseynovun müalicəsi nəzarətə götürülüb.