Rusiyanın iki şəhərindən Qəbələyə uçuşlar başlayır
Tarix: 3-02-2021, 13:05Xəbərə baxış: 126
Rusiyanın "Azur Air" şirkəti paytaxt Moskvadan və Sankt-Peterburq şəhərindən Azərbaycanın Qəbələ şəhərinə uçuşların həyata keçirilməsinə dair razılıq əldə edib. RegionTv.info bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir. Məlumata görə, aviareyslər bu aydan yerinə yetirilməlidir. Xatırladaq ki, "Azur Air" uçuşlara 2014-cü ildən başlayıb.