"Səlim Müslümovun həbsi və minimum 2 milyard dollarlıq maxinasiyaya görə təqsirli bilinməsi ortaya daha müdhiş faktların çıxmasının ilk siqnalıdır. Yəni bu, o deməkdir ki, həbslər keçmiş olsa da, büdcəni yağmalayan bir çoxlarını əhatə edəcək".
RegionTV.info xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib.
Bəs, dövlətin bu iradəsi, həbslərlə bağlı sosial sifariş haçandan bəlli idi?
Ə.Əlibəyli bu sualı da cavabıandırıb: "Ötən ilin avqust ayında Sosial Tədqiqatlar Mərkəzinin sorğuçuları ölkənin rayonlarına düşüb, qapı-qapı gəzib, əhalinin qan ağladığını görəndə, nəticələr "İnam indeksi" jurnalında çap edilib, yayılanda məlum idi..
Xalq incidilir, yerli icra strukturları - baxın rəqəmlərə, "Sorğuda ən maraqlı nəticələr əhalinin yerli icra hakimiyyətləri və məhkəmələrə münasibətini öyrənəndə ortaya çıxıb. Məlum olub ki, respondentlər arasında yerli icra hakimiyyətinə etibar edənlər cəmi 46,2 faiz, məhkəməyə etibar edənlər isə cəmi 49%-dir. Başqa sözlə, rəyi soruşulanların yarıdan çoxu bu qurumlara etibar etmir".
“Hansı sahədə daha çox islahatlara ehtiyac var?” sualına cavab verənlərin yarıdan çoxu icra hakimiyyətinin (53.7 faiz), 45,7 faizi isə məhkəmələrin adını çəkib. «Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir.""
"Bu, həm də o deməkdir ki, vəziyyəti təkcə keçmiş məmurların həbsi ilə normallaşdırmaq mümkün olmaz. Tendensiya davam edir və əksər büdcə talançıları iş başındadır. Demək ki, daha böyük həbslər olacaq", - deyə STM sözçüsü vurğulayıb.
Xəbəri paylaş