Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə Avropaya sonuncu şansı verdi - SOYUQ MÜHARİBƏ...

Almaniyanın sabiq Kansleri Gerhard Şröder "Son şans" adlı kitabında Türkiyə ilə bağlı vacib siyasi analizlər aparıb.
RegionTV.info
  xəbər verir ki, kitabında yeni bir dünya nizamının qurulmasının Qərbin son şansı kimi qiymətləndirən Şröder, "Avropanın xoşu gəlsə də, gəlməsə də Türkiyə Şərqi Aralıq dənizində inkaredilməz hakim gücdür" deyə qeyd edib.

Kitabın son səhifəsində Türkiyə, Rusiya və Çinin dünya siyasətində əhəmiyyətli rol oynaması vurğulanıb və bu proses belə izah olunub:
"Qərb həmişə etdiyi kimi, onlara Soyuq Müharibə məntiqi ilə yanaşsa, itirəcək. Biz avropalılar Türkiyənin Şərqi Aralıq dənizində hakim güc olduğunu qəbul etməliyik".

Gerhard Şröderin kitabda yazdığı digər maraqlı fikirlər bunlardır:
"Viza liberallaşdırılması üçün onlarla şərtin yerinə yetirilməsini tələb etmək, AB üzvlüyü danışıqlarında əhəmiyyətli irəliləyiş, Gömrük Birliyinin yenilənməsini təxirə salmaq "biz səni istəmirik" anlamına gəlir. Türkiyənin İraq, Suriya, Liviya və digər ərazilərdə döyüşməsini qınayanlar Türkiyəyə köçən qaçqınların AB-yə keçməsinə mane olduqları üçün ödəniş etməlidirlər. Ərdoğandan sonra hakimiyyətə gələcək şəxsin Türkiyənin xarici siyasətinin əsasını nəzərdən keçirəcəyini və Şərqi Aralıq dənizində yeni bir güc olmasından imtina edəcəyini düşünmək dünyadan bixəbər olmaq deməkdir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də