Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Çox demirəm, atama verilən işgəncələrin beş faizini erməni diversantlara versinlər...”






“Bu dəfə isə düşmənin diversiya qrupunun komandiri Qurqen Alaverdiyanın ordumuz tərəfindən əsir götürülməsi bizdə böyük ümid yaradır. Burda əsirlərin hamının-hamıya prinsipi ilə dəyişdirilməsi prosesi baş tuta bilər”

Bunu  açıqlamasında erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, erməni diversantlarla atası Dilqəm Əsgərovun və onun dostu Şahbaz Quliyevin dəyişdirilməsinin vacib olduğunu bildirib:

“Atamın Kəlbəcər rayonundan girov götürülməsi yeddinci ilə keçib. Bu illər ərzində Azərbaycan dövlət sərhədində erməni diversiya qrupları dəfələrlə təxribata cəhd ediblər. Düşmənin bu cür məkirli planı isə hər dəfə ordumuz tərəfindən ifşa edilib. Azərbaycanda iki peşəkar düşmən hərbçisi saxlanılır. Onlardan biri 2014-cü ildə cəbhənin Ağdam istiqamətində ələ keçirilən Arsen Baqdasaryan, digəri isə 2017-ci ildə cəbhənin Qazax istiqamətində ələ keçirilən Karen Kazaryandır. Bu dəfə isə düşmənin diversiya qrupunun komandiri Qurqen Alaverdiyanın ordumuz tərəfindən əsir götürülməsi bizdə böyük ümid yaradır. Burda əsirlərin hamının-hamıya prinsipi ilə dəyişdirilməsi prosesi baş tuta bilər. Bu yeddi il ərzində ermənilər atama ağılasığmaz işgəncələr veriblər və bu indi də davam edir. Mən çox ümid edirəm ki, əsirləri dəyişdirilməsi prosesi baş tutar və atam Dilqəm Əsgərovla, Şahbaz Quliyev azadlığa qovuşar. Atam Dilqəm Əsgərova ermənilər tərəfindən verilən işgəncələrin çox demirəm beş faizini erməni diversantlara versinlər. Yoxsa Arsen Baqdasaryan kimi yeyib yatmasın. Mən onun saxlanma şəraitini görəndə özümə nifrət edirəm. Ermənilər bizim əsirlərə işgəncələr verib bunu dünyaya nümayiş etdirirlər, amma biz onları yağ-balla bəsləyirik. Sonra da ölkələrinə qayıdıb əleyhimizə danışırlar. Ermənistan tərəfi əsirlərin dəyişdirilməsinə biganə yanaşır. Atam Rusiya vətəndaşıdır və Rusiya Federasiyası da öz vətəndaşının taleyinə biganə yanaşmamalıdır”. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də