Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Instagram”ın yeni funksiyası istifadəyə verildi

"Instagram"da yeni funksiyalar istifadəyə verilib. 
RegionTV.info  
xəbər verir ki, platformada artıq silinmiş paylaşımları geri qaytamaq imkanı yaradılıb. Bu funksiya sayəsində insanlar "Instagram"dan sildikləri məzmunu (yazı, hekayə və s.) 30 gün ərzində bərpa edə biləcəklər.
Açıqlamaya görə, bu funksiyanın istifadəyə verilməsində xaker hücumlarının rolu var. Bir çox böyük hesab ələ keçirildikdə, paylaşımları silinir. Bu funksiya ilə paylaşılan bütün məzmuna ən azı 30 gün zəmanət verilir. “Stories”lərdə isə silinən paylaşım 24 saat ərzində bərpa oluna biləcək.
Əlbətdə ki, bu funksiya təsadüfən silinən və ya postu siləndən sonra peşman olanlar üçün də əla imkandır. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də