Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Separatçı ordu Qarabağdan çıxarılır? - Paşinyan İCLAS ÇAĞIRDI

Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında sədrlik edib.
RegionTV.info
  xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. İclasda 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilmiş anlaşmaların icrası məsələsi müzakirə edilib. Qeyd edək ki, iclasdan əvvəl Ermənistan mediasında Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə məlumatlar yayılıb. İddiaya görə, Paşinyan müdafiə naziri Vaqarşak Arutyunyan, Xankəndindəki separatçıların başçısı Araik Arutyunyanla separatçı ordusunun buraxılmasını razılaşdırıb. Baş nazirin bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağıracağı deyilmişdi. Lakin sözügedən iclasda hansı qərarın verildiyi hələlik bəlli deyil.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də