Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda 29,7 milyard manatlıq məhsul və xidmət istehsal olunub

2020-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 29,7 milyard manat təşkil edib.
RegionTV.info  Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azdır.

Sənaye məhsulunun 74,6 faizi mədənçıxarma, 22,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,7 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2021-ci il vəziyyətinə 343,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 91,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də