
Füzuli rayonunda mülki şəxslər minaya düşüb.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlindən (ANAMA) məlumat verilib. Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşmüş, 1-i yerində həlak olmuş, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.