Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çin peyvəndin də saxtasını hazırladı

Çində koronavirus peyvəndini saxtalaşdırmağa başlayıblar.
RegionTV.info-nun verdiyi xəbərə görə, xüsusi əməliyyat zamanı polis COVID-19-a qarşı böyük miqdarda saxta peyvənd aşkar edib.
Pekindəki, eləcə də Tsyansu və Şandun əyalətlərindəki gizli dərman istehsalı və paylanması məntəqələrində üç mindən çox saxta peyvənd ələ keçirilib.
Polis bu cinayətlə əlaqəsi olan 80 nəfəri saxlayıb.
İlkin məlumata görə, cinayətkarlar ampulaları adi fizrastvor məhlulu ilə doldurub şişirdilmiş qiymətə satırdılar.

Eyni zamanda, öz istehsalı olan "Sinovac" peyvəndi Çin vətəndaşları üçün pulsuzdur.
Şübhəlilər bizneslərini 2020-ci ilin sentyabr ayından başlayıblar.
Cinayətkarlar "peyvəndi" xaricə çatdırmağı da planlaşdırıblarmış.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də