
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RegionTV.info-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mənsimovun idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı oradan 5 kiloqram 820 qram heroin və 292 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
E.Mənsimov və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb.