
Türkiyə ordusu Suriyanın şimalında əməliyyat keçirərək bölgəyə girməyə cəhd göstərən terrorçuları məhv edib.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Əmin-amanlıq və təhlükəsiz mühiti pozmaq üçün Barış Pınarı və Fərat Qalxanı əməliyyatı bölgəsinə sızmağa cəhd göstərən və atəş açan 3 PKK/YPG terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib”, - nazirlikdən bildirilib.