Azyaşlı oğlanla intim münasibətdə olmaq üçün bir ştatdan o birsinə gedən qadın saxlanılıb.
RegionTV.info bildirir ki, 3 uşaq anası olan 38 yaşlı Sarah Norton adlı qadın 14 yaşlı oğlanla cinsi əlaqədə olmaq üçün Konnektikut ştatından Pensilvaniyaya yola düşüb.
The Morning Call-ın məlumatına görə, qadın onlayn oyun vasitəsi ilə tanış olduğu azyaşlı oğlana çılpaq şəkillərini göndərərək onu yoldan çıxarmağa çalışıb. Ona erotik məzmunlu mesajlar yazan qadın oğlanla cinsi əlaqədə olmaq niyyətiylə kilometrlərlə məsafə qət edib.
İşin üstü açıldıqdan sonra qadın saxlanılıb, hakim qarşısına çıxarılıb. ABŞ məhkəməsi qadının həbs olunması barədə qərar qəbul edib. O, ömrünün 14 ilini həbsxanada keçirəcək.
Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.
Xəbəri paylaş