RegionTV.info xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "10-da görüşək" proqramında deyib. Müğənni bahalaşmalardan bəhs edib:
"Hamını da təbrik edirəm: suyun da qiymətini qaldırdılar. Arada çay içərik ancaq. Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım (gülür)".
Röya distant təhsildən gileylənib. O bildirib ki, şagirdlər heç nə öyrənə bilmir:
"Bu il təhsil ümumiyyətlə sıfır oldu. Oğlum hələ də distant təhsil alır. Uşaqlar oxumadı. Müəllim öyrətsə də, altda telefonla oyun oynayır. Bir ili elə-belə yaşadıq. Elə bil ki, oğlum yenidən altıncı sinifi oxuyacaq. Ödənişlər də yerində, heç bir güzəşt edilmədi".
Xəbəri paylaş