
Dövlət Gömrük Komitəsindən RegionTV.info-ya verilən məlumata görə, şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunun qapısının içində xüsusi düzəldilmiş gizli saxlanc yerindən 18 ədəd "İphone 12" markalı mobil telefonlar aşkarlanıb.
