Bakı şəhəri ərazisindəki küçələrdə quraşdırılan kameraların sayı açıqlanıb.
RegionTV.info xəbər verir ki, 2020-ci ildə şəhərdə ictimai asayişin vəziyyətinə nəzarətin fasiləsiz həyata keçirilməsi “Təhlükəsiz şəhər” Sistemi tərəfindən təmin olunub, yol hərəkəti təhlükəsizliyi və qaydalarına riayət olunması yönümündə texniki nəzarət vasitələrinin tətbiqi genişləndirilib.
Məlumata görə, yeni kameralar quraşdırılaraq müvafiq texniki vasitələrin sayı ötən ildə 13 365 minə çatdırılıb.
Xəbəri paylaş