Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şabranda tikinti şirkətində qəza oldu — Yaralılar var

Şabran rayonunda tikinti işləri zamanı qəza olub.

RegionTV.info-nun verdiyi məlumata görə, rayonun Yenikənd kəndində fəaliyyət göstərən "Kolin” şirkətində fəhlə işləyən 1984-cü il təvəllüdlü Əmirağa Ağabala oğlu Ağayev və 1968-ci il təvəllüdlü Feyruz Əlövsət oğlu Ağarzayev qəza zamanı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub.

Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də