Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vətən müharibəsi Peru televiziyasında

Perunun “TV Peru” dövlət televiziyasında Qarabağdakı Vətən müharibəsinin yekunları ilə bağlı reportaj efirə verilib.
RegionTV.info
  xəbər verir ki, Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, verilişdə hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ikinci Qarabağ müharibəsində 1994-cü ildən bəri Ermənistanın işğal altında saxladığı ərazilərini azad etdiyi və tərəflər arasında imzalanmış 10 noyabr bəyanatının tələblərinə əsasən, darmadağın edilmiş düşmən ordusunun işğalda saxladığı digər ərazilərimizi tərk etdiyi məlumat verilib.

Telekanalın respublikamızın Perudakı səfiri Məmməd Talıbovla hazırlanan müsahibəsinə də istinad edildiyi reportajda azad olunmuş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və bu ərazilərdə illər öncə etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün yenidən öz doğma yurdlarına qayıtmaları üçün hazırda Azərbaycan tərəfindən zəruri infrastrukturun bərpa edilməkdə olduğu bildirilib.

Səfir müsahibəsində aparıcının sualına cavab olaraq müharibə zamanı əsir düşmüş hərbçilərin qarşılıqlı olaraq dəyişdirildiyini, hazırda Azərbaycan tərəfindən saxlanılan qeyri-qanuni erməni silahlılarının isə atəşkəs bəyanatı imzalandıqdan sonra həbs edildiyini, bu şəxslərin qisascı qüvvələrə xidmət edən diversantlar olduğunu və Azərbaycan ərazisində terror aktları törətməyə cəhd etdiklərini vurğulayıb.

Aparıcı verilişdə həmçinin 20 Yanvar faciəsi və Azərbaycanın 1991-ci ildə xalqımızın əzmkar iradəsi sayəsində müstəqillik əldə etməsi haqda məlumat verib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də