Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əfqanıstanda terror aktı olub, ölən və yaralanan var

Əfqanıstanın paytaxtı Kabildə partlayışlar törədilib.
Bu barədə  RiaTV.az  “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisələr zamanı 1 nəfər həlak olub. Yerli polisin nümayəndəsi Ferdevs Faramarz bildirib ki, partlayıcı qurğu hərbi avtomobildə yerləşdirilib. Partlayış nəticəsində daha 1 hərbi qulluqçu yaralanıb.
Qeyd edilir ki, Kabilin digər ərazisində Sülh Nazirliyinin nümayəndəsi Xoşnud Nəbizadənin avtomobili də partladılıb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, son günlər Əfqanıstanda terror aktlarının sayı artıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də