Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentin tənqid etdiyi məmurları hansı aqibət gözləyir? - ŞƏRH

Siyasi ekspert Nazim Cəfərsoy Prezidentin bu gün AzTV-yə verdiyi maraqlı açıqlamaları şərh edib.
RegionTV.info  xəbər verir ki, ekspert bu açıqlamaların üç şeyi çox aydın göstərdiyini bildirib:
“1.Prezidentin başda sosial media olmaq üzrə ölkədəki real gündəmdən tam xəbəri var.
2.Hakimiyyət içində yersiz populizm, xalqı saymamazlıq və sabotaj cəhdləri artıq prezidentin xalqa açıq şəkildə sərt reaksiya verəcək səviyyəyə yüksəlib. Bu populizm və sabotaj cəhdlərinin yeni istiqaməti isə Qarabağdaki yenidən qurma prosesində baş verir.
3. Cəmiyyətin baş verən hadisələrə narazılığı prezident səviyyəsində qəbul görür və dilə gətirilir”.
N.Cəfərsoy bildirib ki, bu açıqlamalardan sonra ya adları çəkilən məmurlar özləri istefa verməlidir, ya da dövlət başçısı onları işdən çıxarmalıdır:
“Bu məqamların arxasınca iki şeydən biri olmalıdır: Ya adları konkret çəkilən qurumların rəhbərləri istefa etmelidir. Ya da prezident bunların hamısını işdən çıxardıb layiqli kadrlar qoymalıdır. Azərbaycan reallığında birinci olmur. İkinci isə müəyyən bir zaman və balans gözləyərək olur. İndi görək ilk kim və nə zaman gedəcək?”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də