İspaniyanın Laqartera şəhərində yerləşən qocalar evinin 78 sakininin hamısı “Pfizer” şirkətinin hazırladığı peyvənd ilə aşılandıqdan sonra koronavirusa yoluxub.
RegionTV.info xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Toledo əyalətindəki məkanın rəhbərliyinin verdiyi məlumata görə, burada yaşayan bütün yaşlı insanlar yanvarın 13-də peyvəndin ilk dozasını alıb. Əvvəlcə 10 nəfərdə xəstəliyin ilk simptomları aşkarlanıb, amma bunu peyvəndin yan təsirləri ilə əlaqələndiriblər. Ancaq xəstələrin sayının artması bütün qocaları otaqlarında təcrid etmək zərurəti yaradıb.
Bu günə qədər qocalar evində artıq 7 nəfər ölüb. 4 nəfərin durumu ağırlaşdığından xəstəxanaya yerləşdirilib. Digərləri isə təcrid vəziyyətində yaşamağa davam edirlər.
Xəbəri paylaş