
RegionTV.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin senarisinə uyğun olaraq, minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.
Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.
Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.