“Panasonic Corporation” şirkəti günəş batareyaları istehsalını dayandıracaq.
RegionTV.info xəbər verir ki, şirkət bunu gələn ay başa çatacaq 2022-ci maliyyə ilinin sonunadək nəzərdə tutur.
Bu addım fotoelement istehsalı sahəsindəki struktur islahatları ilə əsaslandırılır. Belə ki, adıçəkilən məhsulları buraxan “Panasonic Solar Energy Malaysia Sdn Bhd” bağlanır, Yaponiyanın Şimane əyalətindəki günəş batareyaları müəssisəsi isə başqa məhsullar istehsal edəcək.
Yerli KİV-ə görə, “Panasonic”in bu addımı Çin şirkətləri tərəfindən rəqabət nəticəsində atılıb. Bununla belə “Panasonic” tərəfdaşlarının istehsal etdiyi günəş batareyalarını öz brendilə bundan sonra da satacaq.
Xəbəri paylaş